Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyunun 22-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” ilə əlaqədar kiçikyaşlı yeniyetmələr (2010-2012-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
9 çəki dərəcəsi üzrə 40 idmançının iştirak etdiyi birincilik Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununda Qəhrəman Qəhrəmanlı 29 kq, Sadiq Heydərov 32 kq, Elxan Muradov 35 kq, Hüseyn Cəfərov 38 kq, Ramal Rüstəmov 42 kq, Uğur İsmayılov 47 kq, Mətin Cabbarov 53 kq, Əli Rzazadə 59 kq və Zülfüqar Məmmədli isə 66 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.