Karate üzrə Azərbaycan çempionatı keçiriləcək

A- A A+

Noyabrın 23-dən 25-dək Bakı İdman Sarayında karate üzrə yeniyetmə və gənclər arasında XIX, böyüklər arasında XXVI Azərbaycan çempionatı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi respublika çempionatının açılış mərasimi noyabrın 23-də olacaq. Yarışlarda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər iştirak edəcəklər.

Son imtahandan uğurla keçən məşqçilər və Əməkdar məşqçilər (yalnız bu il istisna olmaqla və qeydiyyat zamanı vəsiqəsini təqdim etmək şərti ilə) yarışda məşqçi kimi iştirak edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: