Avropa Oyunları: Azərbaycan medal sıralamasında daha 2 pillə geriləyib

A- A A+

Polşada keçirilən III Avropa Oyunlarının səkkizinci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

NUHÇIXAN-ın məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada daha iki pillə geriləyərək, 24-cü sıraya enib.

İlk “üçlük”də isə dəyişiklik baş verməyib. Medal əyarına görə sıralamaya İtaliya (19 qızıl, 19 gümüş, 25 bürünc) başçılıq edir. İspaniya (18 qızıl, 11 gümüş, 14 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna isə (17 qızıl, 10 gümüş, 7 bürünc) 3-cü yerdə qalıb.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: