Naxçıvan karateçiləri açıq turnirdə 28 medal qazanıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş karate üzrə açıq turnir keçirilib. Paytaxt Bakıdan, habelə ölkəmizin regionlarından 1000-ə yaxın idmançının qatıldığı turnirdə 3 gün ərzində kata, kumite və komanda-kumite yarışları keçirilib.

Muxtar respublikadan Naxçıvan Karate Federasiyasının məşqçiləri Taryel Bağırov və Nicat Allahverdiyevin rəhbərliyi ilə 18 idmançı qatılıb.

Təmsilçilərimiz 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla, ümumilikdə 28 medal qazanıblar. 

İdmançılarımızdan Aysu Abbasova 2 qızıl medala layiq görülüb. Məlahət Həşimli Fatimə Bağırzadə və Həşim Nağızadə də birincilik sevinci yaşayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: