FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
NUHÇIXAN AFFA-nın saytına istinadla xəbər verir ki, o, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Jalqiris" (Litva) - "Struqa" (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
"Jalqiris" - "Struqa" matçı iyulun 11-də Litvada keçiriləcək.