NUHÇIXAN xəbər verir ki , Ordubad şəhər Şahmat Məktəbində rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “17 noyabr -Milli Dirçəliş Günü”nün qeyd edilməsi məqsədilə Şahmat üzrə Ordubad rayon turniri keçirilib. Turnirdə 54 nəfər yeniyetmə iştirak edib. Yarış 5 yaş qrupunda (6-8-10-12-14), İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilib.
Maraqlı və gərgin keçən yarışın yekun nəticələrinə əsasən 6 yaş qrupunda şəhər İnternat tam orta məktəbin şagirdi Camal Bağırov, 8 yaş qrupunda oğlanlar arasında Dırnıs kənd tam orta məktəbin şagirdi Urfan Babayev, qızlar arasında şəhər İnternat tam orta məktəbin şagirdi Ebru Sadiqova, 10 yaş qrupunda oğlanlar arasında şəhər 3№-li tam orta məktəbin şagirdi Əbülfəz Əzimov, qızlar arasında Əndəmic kənd tam orta məktəbin şagirdi Gülay Qasımova, 12 yaş qrupunda oğlanlar arasında Dırnıs kənd tam orta məktəbin şagirdi Elcan Məmmədli, qızlar arasında şəhər 3№-li tam orta məktəbin şagirdi Zəhra Sadiqova, 14 yaş qrupunda oğlanlar arasında isə Dəstə kənd 1№-li tam orta məktəbin şagirdi Sənan Sadiqov I yerin qalibi olublar. Sonda qalib şahmatçılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.