Türkiyədə Muay-Tay idman növü üzrə yeniyetmələr, gənclər və kişilər arasında açıq Avropa Kuboku keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, Antalya şəhərində keçirilən çempionatda ölkəmizi Muay-Tay Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərlik etdiyi komanda təmsil edib.
Noyabrın 14-dən 18-dək davam edən yarışda komandamız 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıb.
Azərbaycanın yeniyetmələr yığması komanda hesabında 3-cü yerə layiq görülüb.
Xatırladaq ki, çempionatda 26 ölkədən 1130 idmançı iştirak edib.