Beynəlxalq Şahmat Federasiyası (FIDE) təşkilatın hamiliyi ilə keçirilən yarışlarda hakimə videokömək sistemini (VAR) tətbiq etməyə hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, “idChess” yeni texnologiyasının sınaqdan keçiriləcəyi ilk turnir gənclər arasında Qərbi Asiya şahmat çempionatı olacaq.
VAR sisteminin şahmatda istifadəsi FIDE-nin press-relizinə müvafiq olaraq üç mərhələdə keçiriləcək:
1) Rəqibin qayda pozuntusunu qeyd etmək məqsədilə oyunçulardan birinin hakimə apellyasiyası;
2) VAR sisteminin icmalı və tövsiyəsi (“idChess” platformasından istifadə olunmaqla yayım zamanı hakim oyunun yayımını mobil əlavədə dayandıra və VAR sistemindən istifadə etməklə oyunçuların davranışını göstərən videoyazıya baxa bilər);
3) Qərarların qəbulu.