“PSJ” rəhbərliyi Mbappenin klubu aldatdığını hesab edir

A- A A+

Fransanın “Paris Sen-Jermen” (PSJ) futbol klubunun rəhbərliyi komandanın hücumçusu Kilian Mbappenin müqaviləni yeniləyərkən klubu aldatdığını hesab edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalist Loik Tanzi məlumat verib.

Mənbənin məlumatına görə, 2022-ci ildə Mbappe azad agent kimi klubu tərk etməyəcəyinə söz verib. Qeyd olunub ki, “PSJ” rəhbərliyi fransıza inanıb və Kilianla qısamüddətli müqavilə imzalayıb, 3 illik müqavilədə israrlı olmayıblar.

“Marca”nın daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq “PSJ” rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.

İyunun 26-da “Le Parisien” nəşri PSJ-nin prezidenti Nasser Əl-Xelayfinin klubun hələ də futbolçunu müqavilə imzalamağa razı salmaq şansının olduğuna əmin olduğunu bildirib.

Xatırladaq ki, Mbappenin müqaviləsi gələn ilin yayında başa çatır. Futbolçu “Real Madrid”ə keçmək ehtimalına baxmayaraq, keçən mövsüm aralıq müddətini uzadıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: