İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün püşkü atılıb.
NUHÇIXAN xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib.
Mübarizəyə ilkin mərhələdən başlayacaq son ölkə çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə A qrupunda yer alacaq.
Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.