“Yuventus”dan ayrılan Anhel Di Mariyanın yeni klubu bəlli olub.
NUHÇIXAN xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Benfika”ya (Portuqaliya) keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent olan oyunçu ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu 2007-2010-cu illərdə də "Benfika"da çıxış edib. O, 2010-cu ildə “Real Madrid”ə transfer olunmuşdu.