Gənc atlet Əmrah Nağıyevin uğurları günü-gündən artır - FOTOLAR
8 ildən çoxdur ki, atletikanın qaçış növü ilə məşğul olan Əmrah Nağıyev iştirak etdiyi bir çox ölkəsəviyyəli yarışların və beynəlxalq turnirlərin qalib və mükafatçısıdır. NUHÇIXAN xəbər verir ki, ümumilikdə 48 qızıl, 19 gümüş və 10 bürünc medalın sahibi olan Əmrah tək 2023-cü ilin 6 ayı ərzində keçirilən yarış və turnirlərdə 10 qızıl və 2 gümüş medal qazanıb.
Hədəfi daha böyük yarışlara, çempionatlara qatılmaq olan idmançı Bakı, İstanbul, Antalya, İzmir, Trabzon, Mersin və Tbilisidə keçirilən beynəlxalq marafonlarda iştirak edərək müvəffəqiyyətə nail olub. Həmçinin o, Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 25-ci və 26-cı beynəlxalq turnirin 3 qat qalibidir.
Qeyd edək ki, hazırda aktiv idman karyerası ilə yanaşı, həm də məşqçilik fəaliyyəti də göstərən Əmrah Nağıyev 2020-ci ildə “idman ustası” fəxri adına layiq görülüb.