PSJ futbol klubu komandanın fransalı hücumçusu Kilian Mbappeyə sərt cavab verib və ona etdiyi hərəkətlərə görə tənqid edən, kluba dəymiş ziyanı göstərən üç səhifəlik sənəd göndərib.
Bu barədə NUHÇIXAN “RMC Sport L'Equipe”yə istinadən xəbər verir.
İyunun 13-də Mbappe kluba müqaviləsini daha bir il uzatmaq variantını aktivləşdirmək niyyətində olmadığını və 2024-cü ilin yay transfer pəncərəsində komandanı tərk etmək niyyətində olduğunu bildirib. Klub Mbappenin məktubunun ictimaiyyətə açıqlanması səbəbindən dəymiş ziyanı qeyd edərək, hücumçuya cavab göndərib. Mənbənin sözlərinə görə, PSJ-nin cavabı aqressiv tonda olub.
“Düzdür, transfer pəncərəsi şərtlərini və tənzimləyici məhdudiyyətləri nəzərə alaraq, biz çox iddialı bir layihə planlaşdırmışdıq, buna qismən nail ola bildik. Şərtlər tamamilə bizim nəzarətimizdən kənardadır, lakin buna baxmayaraq, hər hansı digər oyunçu üçün edəcəyimizdən fərqli olaraq, istəklərinizi təmin etməyə çalışdıq", - məktubda deyilir.
İyulun 5-də “L quipe” nəşri PSJ-nin oyunçu ilə 2023/24 mövsümündən sonra başa çatacaq müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmədiyini bildirib.