“Araz-Naxçıvan” turnirin qalibi oldu

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən final qarşılaşmasında “Araz-Naxçıvan” və Naxçıvan Dövlət Universitetinin komandaları üz-üzə gəliblər.

90 dəqiqə qolsuz başa çatıb. Görüşün əlavə vaxtında “Araz-Naxçıvan” komandası rəqib qapısından üç qol keçirib və “Heydər Əliyev kuboku” turnirinin qalibi olub.

Sonda hər iki komandaya diplom, kubok və hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: