İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Jordi Albanın yeni klubu müəyyənləşib.
NUHÇIXAN "The Miami Herald"a istinadən xəbər verir ki, 34 yaşlı cinah müdafiəçisi ABŞ-ın "İnter Mayami" klubuna keçəcək.
İspaniyalı oyunçu iyulun 7-də rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, "İnter Mayami" daha əvvəl Kataloniya təmsilçisindən ayrılan Serxio Buskets və son olaraq Fransa PSJ-sində çıxış edən Lionel Messini də heyətinə qatıb. "Barselona" mayın 24-də Alba ilə vidalaşıb.