Ordubad Şəhər Stadionunda “Heydər Əliyev İli”nə həsr olunan atletikanın qaçış növü üzrə yarış keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyulun 7-də Ordubad Şəhər Stadionunda “Heydər Əliyev İli” ilə əlaqədar Naxçıvan şəhərinin və Ordubad rayonunun oğlan və qız atletləri arasında atletikanın qaçış növü üzrə yarış keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan şəhər və Ordubad rayon Gənclər və İdman idarələri və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qızlar arasında 100 metr məsafəyə Əfsanə Babayeva (Naxçıvan), oğlanlar arasında Nihad Əsgərov (Ordubad), 200 metr məsafəyə qızlar arasında Zeynəb Rüstəmova (Ordubad), oğlanlar arasında Onur Bayramov (Ordubad), 400 metr məsafəyə qızlar arasında Nilufər Quliyeva (Naxçıvan), oğlanlar arasında isə Emin Abbasov (Ordubad) I yerlərə layiq görülüblər.
Sonda qaliblər təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.