BƏƏ millisinə portuqaliyalı mütəxəssis rəhbərlik edəcək

A- A A+

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinə portuqaliyalı Paulo Bento rəhbərlik edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyası məlumat yayıb.

Vurğulanıb ki, 54 yaşlı mütəxəssislə 2026-cı ilədək müqavilə imzalanıb. Bentoya 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq tapşırılıb. Eyni zamanda komanda onun rəhbərliyi altında gələn ilin yanvarında Qətərdə keçiriləcək Asiya kuboku yarışında uğurlu çıxış etməlidir.

Qeyd edək ki, Paulo Bentonun son iş yeri 2018-ci ildən 2022-ci ilin dekabrına qədər Cənubi Koreya millisi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: