Noyabrın 20-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. NUHÇIXAN xəbər verir ki, D liqasında 3-cü qrupunda yer alan millimiz səfərdə Kosovo yığması ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub. Yığma komandamızın qapısından qolları Zeneli (het-trik) və Rrahmani keçiriblər. Oyunu fransalı hakimlər briqadası idarə ediblər. Bu məğlubiyyətdən sonra Azərbaycan millisi 8 xalla qrupda ikinci pilləni tutub. Kosovo yığması isə 14 xal toplayaraq qrupu birinci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb.