Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” klubu ilk yoxlama oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gələcək.
“Termal otel”in məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "qırmızı-qaralar" qonşu ölkədə daha iki yoxlama görüşü keçirəcək.
"Qəbələ" UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin "Omoniya" kollektivi ilə üz-üzə gələcək.