Bakıdakı təlim-məşq toplanışını başa vuran qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Latviya yığması ilə beynəlxalq yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.
NUHÇIXAN AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov heyətə 24 oyunçu cəlb edib.
Qeyd edək ki, Latviya ilə matçlar iyulun 14-də və 17-də olacaq. İlk görüş Riqadakı "Yanis Skredeļis" stadionunda, ikinci qarşılaşma isə "LNK Sporta Parks" arenada baş tutacaq.