"İnter Mayami" Messiyə görə ABŞ-də ən çox izlənilən klublardan biri olub

A- A A+

Argentina millisinin futbolçusu Lionel Messinin "İnter Mayami"yə keçidi ilə əlaqədar ABŞ klubunun sosial şəbəkədə izləyicilərinin sayı 10 dəfə artıb.

NUHÇIXAN-ın məlumatına görə, MLS təmsilçisi ölkədə məşhurluq baxımından ilk "5-liy"ə daxil olub.

"İnter Mayami" 36 yaşlı hücumçunun keçidini iyunun 7-də açıqlayıb. Həmin vaxt komandanın instaqramda 900 minə yaxın izləyicisi olub. Hazırda isə bu rəqəm 8,6 milyona çatıb.

ABŞ-də yalnız 4 idman klubu "İnter Mayami"dən daha çox abunəçiyə malikdir. Bunlar "Çikaqo Bullz" (9,8 milyon), "Klivlend Kavalyers", "Los-Anceles Leykers" və "Qolden Steyt Uorriorz"dur.

Qeyd edək ki, Lionel Messi son olaraq Fransada PSJ-nin formasını geyinib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: