Afrika yığmalarının DÇ-2026-nın seçmə mərhələsində qrupları məlum olub

A- A A+

Afrika Futbol Konfederasiyası (CAF) futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimini keçirib.

NUHÇIXAN Konfederasiyanın saytına istinadla xəbər verir ki, doqquz qrupun hər birinin qalibləri avtomatik olaraq 2026-cı il Dünya Kubokuna vəsiqə qazanacaq. Ən yaxşı dörd ikinci yeri tutan komandalar CAF play-off turnirində oynayacaq. CAF play-off turnirinin qalibi isə FIFA play-off turnirində yarışacaq.

Müəyyən edilmiş doqquz qrupa qitənin 59 milli yığması daxildir. Hər bir qrupun qalibi dünya çempionatına avtomatik olaraq vəsiqə qazanacaq və ən yaxşı dörd ikinci yeri tutan komanda play-off turnirinə qatılacaq, qalib isə iki yer tutmaq üçün konfederasiyalararası play-off yarışlarına gedəcək. Konfederasiyanın play-off mərhələsinə Şimali/Mərkəzi Amerikadan iki, Asiya, Cənubi Amerika və Okeaniyadan bir komanda daxil olacaq.

Qarşılaşmalar noyabrda başlayacaq, gələn il daha iki, 2025-ci ildə isə altı mərhələ olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: