Voleybol üzrə Türkiyə milli yığması qadınlar arasında 2023-cü il FIVB dünya çempionatının qalibi olub.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-nin Texas ştatının Arlinqton şəhərinin stadionunda keçirilən final matçında “filenin sultanları” Çin yığmasına 3-1 hesabı ilə qalib gəlib.
Beləliklə, Türkiyənin qadın milli voleybol komandası FIVB dünya çempionatları tarixində ilk dəfə olaraq çempion titulunu qazanıb.
Çempionatda bürünc medal uğrunda mübarizədə Polşa yığması Birləşmiş Ştatların milli komandasına 3-2 hesabı ilə qalib gəlib.