“Arsenal” və “Barselona”nın sabiq futbolçusu Ektor Belerinin yeni komandası bəlli olub.
NUHÇIXAN xəbər verir ki, müdafiəçi La Liqa təmsilçisi “Betis” ilə beşillik müqavilə imzalayıb.
“Sportinq”lə anlaşması başa çatan 28 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib.
Qeyd edək ki, müdafiəçi 2021-2022-ci illər mövsümündə də “Betis”in formasını geyinib.