İngiltərə Premyer Liqasının ən gənc komandaları bəlli olub.
NUHÇIXAN-ın məlumatına görə, siyahıya “Çelsi” başçılıq edir.
London təmsilçisinin heyətində yer alan 30 oyunçunun orta yaş həddi 23,8-dir. İkinci sırada “Brayton” (24,5 yaş) qərarlaşıb. İlk “üçlüy”ü isə “Bernli” (24,8) qapayıb.
Qeyd edək ki, “Çelsi” 2023/2024 mövsümünə ABŞ-dəki təlim-məşq toplanışında hazırlaşır.