Azərbaycanı Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında təmsil edəcək cüdoçular müəyyənləşib

A- A A+

Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində təşkil olunacaq Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalına (EYOF) yollanıblar.

Azərbaycan Cüdo Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, yarışda ölkəmizi 12 çəki dərəsində 8 oğlan və 4 qız idmançı təmsil edəcək.

Turnirdə Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq), Məhəmməd Musayev (60 kq), Cəsur İbadlı (66 kq), Süleyman Şükürov (73 kq), Hüseyn Eyvazlı (81 kq), Aslan Kotsoyev (90 kq), Ramazan Əhmədov (+90 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlığı ilə maraqlanıb və cüdoçulara uğurlar arzulayıb.

Yarışlarda cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: