“Tokio 2020” Olimpiya və Paralimpiya oyunları zamanı marafonlar səhər saat 6-da başlaya bilər

A- A A+

“Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunları zamanı marafonların başlama vaxtı səhər saat 6-ya dəyişdirilə bilər.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, cari ilin iyulunda Oyunların təşkilatçıları həddindən artıq isti hava şəraitini nəzərə alaraq, marafon qaçışlarının səhər saat 7-də başlaması barədə qərar qəbul ediblər. Bu, adətən nəzərdə tutulduğundan yarım saat tezdir.

İndi isə vəziyyətlə əlaqəsi olan mənbələrin bildirdiyinə görə, təşkilatçılar marafon qaçışlarını başlanması vaxtını yarım saat da qabağa çəkərək, yarışların saat 6-da start götürməsinin mümkünlüyünü araşdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: