“Araz-Naxçıvan” təlim-məşq toplanışının ikinci mərhələsini Qəbələdə keçəcək.
NUHÇIXAN xəbər verir ki, hazırlığın birinci mərhələsini Bakıda reallaşdıran Premyer Liqa komandası iyulun 22-də Qəbələyə yollanacaq.
Komanda iyulun 30-dək oradakı “Gilan” hoteldə məskunlaşacaq. Azər Bağırovun yetirmələri bu müddətdə bir yoxlama görüşündə qüvvəsini sınayacaq.
Lakin rəqibin kimliyi və matçın keçirilmə tarixi hələ bəlli deyil.