Boksçumuz Elbrus Kərimli Avropa birinciliyinə qələbə ilə başlayıb

A- A A+

Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.

NUHÇIXAN Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yarışda 54 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Françesko Crucillanı (İtaliya) məğlub edib. O, 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. E.Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: