“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Bu barədə NUHÇIXAN-a klubun mətbuat xidmətindən məlumat verilib.
İyulun 27-də Bakı vaxtı ilə saat 23:00-da Qrbaviça stadionunda keçiriləcək ilk matç Estoniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yuri Frişer, onun köməkçiləri Veyko Möytsnik və Sander Saqa olacaqlar. Dördüncü hakim funksiyasını Kevin Qayivoya icra edəcək.
Avqustun 3-də saat 21:00-da “Bakcell Arena”da təşkil olunacaq cavab görüşünə isə Macarıstandan olan hakimlər təyinat alıblar. Baş hakim Balaj Berkeyə Balaj Buzaj və Balaj Sert kömək edəcəklər. Dördüncü hakim Bentse Çonka olacaq.