“Araz-Naxçıvan” daha bir əcnəbi futbolçu transfer edib.
Klubdan NUHÇIXAN-a verilən məlumatına görə, Premyer Liqaya qayıdan komanda bosniya və herseqovinalı Numan Kurdiçlə heyətini gücləndirib.
Bu gün Bakıya gələn mərkəz müdafiəçisi tibbi müayinədən sonra 1 illik müqavilə imzalayıb. Kurdiç bu gun komandanın Qəbələdəki toplanışına qoşulacaq.
24 yaşlı oyunçu karyerası ərzində yerli “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.