Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
NUHÇIXAN xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə “Aris” (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
Qarabağ komandası ilk qarşılaşmanı evdə keçirəcək.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk matçları avqustun 8-9-da, cavab görüşləri isə ayın 15-də oynanılacaq.