"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini heyətinə qatıb

A- A A+

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

NUHÇIXAN-ın məlumatına görə, “Qarabağ” klubunun yetirməsi Zamiq Əliyev qarşıdakı bir il ərzində komandanın formasını geyinəcək.

Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də heyətində yer alıb.

Xatırladaq ki, "Araz-Naxçıvan" bunadək Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: