Macarıstan millisinin və Türkiyə "Fənərbağça"sının futbolçusu Attila Salai Almaniyanın "Hoffenhaym" komandasına keçib.
NUHÇIXAN Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 2027-ci ilin iyununadək müqavilə imzalanıb.
Klub bu transfer üçün qarşı tərəfə 12,5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Attila Salai 2021-ci ilin yanvarından "Fənərbağça"da çıxış edirdi.