Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Mohammed Kadiri “Araz-Naxçıvan”la müqavilə bağlayıb.
NUHÇIXAN Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi yeni komandası ilə münasibətləri rəsmiləşdirib.
Bir neçə gündür Naxçıvan təmsilçisinin düşərgəsində olan 27 yaşlı dayaq yarımmüdafiəçisi klubla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, karyerasına ölkəsinin “Aşanti Qold” klubunda başlayan Mohammed Kadiri, həmçinin, “Austriya” (Avstriya), “Arsenal” (Tula, Rusiya), “Dinamo”, “Çernomorets” (hər ikisi Ukrayna) və “Honved”in (Macarıstan) formasını geyinib.