“Araz-Naxçıvan” futbol klubu transfer çalışmalarını davam etdirir.
NUHÇIXAN kluba istinadla xəbər verir ki, yenidən Premyer Liqaya qayıdan komanda daha bir oyunçu ilə anlaşıb.
Bir neçə gündür komandanın düşərgəsində olan Mohammed Kadiri karyerasını Azərbaycanda davam etdirəcək. Qanalı dayaq yarımmüdafiəçisi “Araz-Naxçıvan”a keçidini rəsmiləşdirib.
İyirmi yeddi yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində Qananın “Aşanti Qold”, Avstriyanın “Austriya”, Rusiyanın “Arsenal” (Tula), Ukraynanın “Dinamo” (Kiyev), “Çernomorets” və Macarıstanın “Honved” klublarında çıxış edib.