XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib

A- A A+

Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunub. Cüdoçularımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.

Turnirin ilk günündə oğlanlar arasında (-50 kq) çəkidə Nihad Məmişov və (-55 kq) çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər. Qızlar arasında isə (-44 kq) çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb.

Yarışın ikinci günündə qızlar arasında (-48 kq) çəkidə Vüsalə Hacıyeva və (-52 kq) çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarına sahib olublar. Oğlanlar arasında isə (-60 kq) çəkidə Məhəmməd Musayev və (-66 kq) çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar.

Yarışın üçüncü günündə oğlanlar arasında (-73 kq) çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.

Fərdi yarışların sonuncu günündə oğlanlar arasında (-90 kq) çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. Ramazan Əhmədov (+90 kq) çəkidə yarışın gümüş medalını qazanıb.

Qeyd edək ki, bu gün EYOF-un komanda yarışları keçiriləcək. Komanda yarışlarında Azərbaycan yığması 4 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: