“Araz-Naxçıvan” futzal klubu Özbəkistan millisinin hücumçusu Husniddin Nişonovla anlaşıb.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, 25 yaşlı futzalçı ölkəsinin BMB kubundan icarəyə götürülüb.
Razılığa əsasən, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zamanı “Araz-Naxçıvan”a kömək edəcək. Husniddin Nişonov avqustun 5-də yeni komandasına qoşulacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb.