Sablyaçımız Dünya Kubokunda bürünc medal qazanıb

A- A A+

Sablya üzrə milli komandamızın üzvü Cavanşir Ağakişiyev İran İslam Respublikasının paytaxtı Tehrandakeçirilən gənclər arasında Dünya Kubokunda bürünc medal qazanıb.

NUHÇIXAN xəbər verir ki, qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Cavanşir 1/16 finalda Qazaxıstan təmsilçisi Bakdaulet Kuralbekulini 15:11 hesabı ilə məğlub edib.

1/8 finalda türkiyəli Umut Kaya üzərində 15:9 hesblı qələbə qazanan sablyaçımız, 1/4 finalda Honkonq idmançısı ZAU Jia Jin Kelvin Reylə görüşdən qalib ayrılıb. Ağakişiyev rəqibini 15:14 hesabı ilə üstəliyib. Yarımfinala yüksəlməklə Dünya Kubokunun bürünc medalını təmin edən qılıncoynadanımız belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə rəqibinə 13:15 hesabı ilə uduzub. Beləliklə, sablyaçımız Tehranda keçirilən gənc sablyaçıların Dünya Kubokunda bürünc medala sahib çıxıb.

Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Xalid Əsədov isə Efran Şokouhiyə 10:15 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: