Bakıda alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən yarışların ikinci - sonuncu günündə də medallar uğrunda mübarizədə Azərbaycan təmsilçiləri böyük ustalıq nümayiş etdirirlər. Ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Qırğızıstan təmsilçiləri də yüksək peşəkarlıq göstərirlər.
Azərbaycan alpaqutçuları Rəşad Quluzadə, Ramazan Qasımzadə, Elsevər Puri ilə yanaşı, Ruslan Vəliyev, Emin Qocayev, Elşad Mansurov, Tunar Kərimli, Tural Əliyev, Qulam Məmmədov, Nurlan Qənbərov, Amin Mirzəyev, Mehman Həsənov və başqaları da bu gün finalda qızıl medal uğrunda mübarizə aparacaqlar.
Yarışlarda bütün yaş qrupları üzrə 18 ölkədən - Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançı batur, caymaz, və qurşaq sistemləri üzrə qüvvəsini sınayır.
Bu gün dünya çempionatının mükafatlandırma və bağlanış mərasimləri olacaq.