İqor Ribeyro “Araz-Naxçıvan” klubunda

A- A A+

Azərbaycan Premyer Liqasında ilk oyununa çıxacaq “Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə klub açıqlama yayıb. Bildirilib ki, komanda daha bir legionerlə müqavilə imzalayıb. İqor Ribeiro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. 26 yaşlı futbolçu buna qədər vətənində “Qama”, “Bandeirante” və “Ceilandia” komandalarının heyətində çıxış edib.

Bununla da “Araz-Naxçıvan” yay fasiləsində transfer etdiyi əcnəbi futbolçu sayını 9-a çatdırıb. Naxçıvan təmsilçisi buna qədər Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi əcnəbiləri heyətinə qatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: