“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la keçirəcəyi oyunların yerinin dəyişdirilmə səbəbi müəyyənləşib.

“Ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev jurnalistlərə açıqlamasında ilk görüşün İstanbuldan Bakıya keçirilməsinin Türkiyənin digər təmsilçisi “Fənərbağça”nın matçı ilə əlaqədar olduğunu bildirib.

Onun sözlərinə görə, avqustun 10-da “Fənərbağça” Konfrans Liqasındakı birinci oyununu İstanbulda keçirəcəyindən, UEFA “Beşiktaş”ın səfərə yollanmasını qərara alıb.

Avqustun 17-dəki cavab qarşılaşmasında isə “Neftçi” səfərdə meydana çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: