“Araz-Naxçıvan” futzal klubu daha bir özbəkistanlı oyunçunu heyətinə qatıb.
NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, özbəkistanlı müdafiəçi Dilşod Rahmatov ölkə çempionu ilə anlaşıb. Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” Özbəkistan millisinin üzvünü “Jizzax-Kenteks”dən icarəyə götürüb. 34 yaşlı futzalçı Çempionlar Liqasının oyunlarında Vitali Borisovun rəhbərlik etdiyi Azərbaycan çempionunun heyətində yer alacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer pəncərəsində Özbəkistan yığmasının hücumçusu Husniddin Nişonovu da icarəyə götürüb. Həmçinin braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı qapıçı Luka Pavloviç komandaya transfer olunub.