Serbiya klubu "Sabah"la oyundan öncə vacib qələbə qazanıb

A- A A+

"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan "Partizan" Serbiya Super Liqasında növbəti oyununu keçirib.

NUHÇIXAN-ın məlumatına görə, Belqrad təmsilçisi II turda "Voyvodina" səfərinə yollanıb. Görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb - 2:0.

Hesabı 47-ci dəqiqədə bu yay "Neftçi"ni "Partizan"a dəyişən Mateus Saldanya açıb. Digər qolu isə 74-cü dəqiqədə Kvensi Menig vurub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran paytaxt klubu dördüncü pilləyə yüksəlib.

Qeyd edək ki, "Sabah" və "Partizan" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra Belqradda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: