Azərbaycanın su polosu yığması beynəlxalq turnirdə bürünc medal qazanıb

A- A A+

Su polosu üzrə Azərbaycanın U-13 yığması Macarıstanın Bekeşçaba şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, milli 2009-2010-cu il təvəllüdlü idmançılar arasında “Dia Polo” yarışında 3-cü yeri tutub.

Turnirdə Azərbaycanla yanaşı, Rumıniya, Polşa, Finlandiya, Bolqarıstan yığmaları, Macarıstanın “Budapeşt”, “Sşentiş” və “Bekeşçaba” komandaları mübarizə aparıblar.

Azərbaycan yığmasının üzvü Rəhim Əlimərdan yarışın ən yaxşı oyunçusu, Ağaismayıl Babayev isə ən azyaşlı oyunçusu nominasiyalarının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: