“Araz-Naxçıvan” 10-cu əcnəbi futbolçunu transfer edib

A- A A+

“Araz-Naxçıvan” 10-cu əcnəbi futbolçunu transfer edib.

Klubdan NUHÇIXAN-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi qapı xəttini gücləndirib.

Naxçıvan klubu moldovalı Kristian Avramla 1 illik müqavilə bağlayıb. 193 sm boya malik olan və Moldova millisinə çağırılan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub. Buna qədər o, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo-Avto”, “Daçiya” komandalarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsində Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike və İqor Ribeyro kimi əcnəbiləri transfer edib. Klub, eyni zamanda, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev və Zamiq Əliyevlə anlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: