Naxçıvan Futbol Federasiyasının idarə heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqlənib - FOTOLAR
Naxçıvan Muxtar Respublika stadionunda Naxçıvan Futbol Federasiyasının iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda Naxçıvan Futbol Federasiyasının sədri Qəzənfər Abdullayev bildirib ki, idmanın müxtəlif növlərində inkişafın əldə edilməsi və bu sahədə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə muxtar respublikamızda böyük addımlar atılır. Diyarımızın idman mühitində digər növlərlə yanaşı futbola da böyük sevgi və qayğı ilə yanaşılır.
Qeyd edilib ki, muxtar respublikada maddi-texniki bazanın gücləndirilməsi, müasir idman infrastruktrunun qurulması, o cümlədən stadionların yenidən qurulması işinin davam etdirilməsi, mövcud stadionlardan səmərəli istifadənin inkişaf etdirilməsi federasiyanən əsas istiqamətlərindən biri olacaq.
Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilib. Federasiyanın idarə heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqlənib. Belə ki, Gənclər və İdman Nazirliyinin əməkdaşı Taleh İbrahimov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Elxan Babayev, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin müavini Anar İbrahimov, Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Rövnəq Xəlilov və Naxçıvan Futbol Federasiyanın sədr müavini Sakit Rzayev Naxçıvan Futbol Federasiyası idarə heyətinin üzvləri, Həmkarlar İttifaqları Şurasının nümayəndələri Türkal İbrahimov, İmran Kələşov və Ceyhun Məmmədov isə Nəzarət-Təftiş komissiyasına üzv seçiliblər.
Mahmud Hüseynov