“Çelsi” rekord məbləğə Kaysedonu transfer edib

A- A A+

“Çelsi” yarımmüdafiəçi Moyses Kaysedo üçün “Brayton”la razılığa gəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə məşhur futbol insayderi Fabritsio Romano eksdə (keçmiş tviter) bildirib.

Onun sözlərinə görə, bu transfer İngiltərə Premyer Liqası çərçivəsində rekord məbləğə baş tutub. “Çelsi” 21 yaşlı yarımmüdafiəçi üçün təqribən 115 milyon funt sterlinq ödəyəcək. Eyni zamanda “Brayton” ekvadorlu futbolçunun sonrakı satışından bonus qazanacaq.

Qeyd olunub ki, yaxın vaxtda tibbi müayinə təyin olunacaq.

Bildirilib ki, futbolçu “zadəganlar”la 2031-ci ilə qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, 2022/2023 mövsümündə Kaysedo “Brayton”un heyətində bütün yarışlarda 43 oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “qağayılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi hesablanıb. “Transfermarkt” internet portalına görə, bu oyunçunun təxmini dəyəri 55 milyon avrodur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: