Naxçıvanda ekologiya könüllüləri növbəti dəfə təbiətə qayğı nümayiş etdiriblər - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti aksiya Ağbulaq İstirahət Mərkəzinin ətrafında keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Təbiəti birgə qoruyaq” devizi ilə Ağbulaq İstirahət Mərkəzinə gedən yolun kənarları və bulaqların ətrafı tullantılardan təmizlənib.