Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunun 1/4 final mərhələsində ikinci oyununu keçirib.
NUHÇIXAN xəbər verir ki, 28 yaşlı qrosmeyster bu raundun cavab görüşündə Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib. Rəqibini məğlub edən Abasov turnirin yarımfinalına yüksəlib.
Tərəflər arasında ilk qarşılaşmada qalib müəyyənləşməmişdi.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.